Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
Bakı, 23 sentyabr, AZƏRTAC
Bu günədək Sumqayıt Sənaye Parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, müəssisələrdə 6500 daimi iş yeri yaradılıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt Sənaye Parkında həyata keçirilən istehsal layihələri ölkə iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı, Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də sənaye təminatında mühüm rol oynayır. Parkın müəssisələrində istehsal olunan şüşə, alüminium və metal konstruksiyalar, kabel və elektrik avadanlıqları, tikinti materialları, polimer və digər sənaye məhsulları Qarabağda reallaşdırılan müxtəlif layihələrdə istifadə olunur.
Beləliklə, Sumqayıtda formalaşan sənaye potensialı Qarabağın yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına və regionun iqtisadi inkişafına real töhfəyə çevrilir.
Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 44 rezident fəaliyyət göstərir.
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur. Bu prosesdə sənaye gücü ölkənin hər iki istiqamətini birləşdirən mühüm dayaqlardan biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [13:11]