Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir
Bakı, 23 sentyabr, AZƏRTAC
Cari ildə Çin və Azərbaycan arasında ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.
Səfir bildirib ki, bu il Çin-Azərbaycan münasibətləri üçün nailiyyətlərlə zəngin olub: “ÇXR Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi sayəsində bizim yüksəksəviyyəli əməkdaşlığımız dövlətlər arasında qarşılıqlı etimad, bərabərlik və dostluq tərəfdaşlığı nümunəsi kimi çıxış edir”.
Lu Mey qeyd edib ki, Çin və Azərbaycan suverenliyin, müstəqilliyin və ərazi bütövlüyünün müdafiəsi məsələlərində həmişə bir-birini dəstəkləyir, həmçinin qarşı tərəfin seçdiyi inkişaf yoluna hörmətlə yanaşır: “Praktiki əməkdaşlıq münasibətlərimizin möhkəm təməlini təşkil edir”.
Diplomat vurğulayıb ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanla əməkdaşlıq xalqlara əməli fayda gətirir.
Səfir gələcəkdə iki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin vacibliyini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]