Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan və Çin arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafında Orta Dəhliz mühüm istiqamətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda deyib.
Səfir bildirib ki, Azərbaycan və Xəzər dənizindən keçən Çin-Avropa dəmir yolu ekspresi vasitəsilə daşımaların həcminin cari ildə iki dəfə artacağı gözlənilir.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığımız xalqlarımıza əməli fayda gətirir”, - deyə Lu Mey vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çində Qlobal Dayanıqlı Nəqliyyat Forumunda iştirak edib və Çin ilə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında Hökumətlərarası Saziş imzalayıb.
“Bu da qarşılıqlı əlaqələr sahəsində əməkdaşlığımıza əlavə təkan verəcək”, - deyə səfir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]