Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb
Bakı, 26 may, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə 1 milyard 82 milyon 589,12 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz və ya 55 milyon 842,44 min dollar azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan Türkiyədən 765 milyon 70,78 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 5,7 faiz və ya 46 milyon 323,37 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 9,11 faizini, ümumi idxalının isə 13,85 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [15:24]
® ABB 3-cü dəfə istiqraz emissiyasına başladı!
- 26.05.2026 [15:08]