Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
Berlin, 5 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Moldova bu ölkənin Aİ-yə üzvlüyü istiqamətində irəliləyişini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Brüsseldə keçirilən Aİ-Moldova Assosiasiya Şurasının 10-cu iclasında tərəflər rəsmi Kişineunun Avropaya inteqrasiyasının strateji məqsəd olaraq qaldığını vurğulayıblar.
İclasda Moldovanın Aİ qanunvericiliyinə uyğunlaşması, hüququn aliliyi, məhkəmə islahatları və korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi irəliləyişlər müsbət qiymətləndirilib. Aİ ölkənin islahat öhdəliklərini yerinə yetirməsi çərçivəsində 18 islahatın tamamlanmasından sonra Moldovaya 157 milyon avro vəsait ayırıb. Bununla Aİ-nin İslahat və Artım Mexanizmi çərçivəsində Moldovaya göstərdiyi nəticəyə əsaslanan maliyyə dəstəyinin ümumi həcmi təxminən 661 milyon avroya çatıb.
Tərəflər, həmçinin enerji və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsini, Moldovanın Aİ-nin vahid bazarına mərhələli inteqrasiyasını alqışlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]