Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda ticarət-iqtisadi, energetika, səhiyyə, kənd təsərrüfatı, kibertəhlükəsizlik, qida təhlükəsizliyi, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması və sənədlərin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:57]
“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]