Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri
Bakı, 5 oktyabr, AZƏRTAC
2026-2027-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul zamanı istifadə edilməmiş dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, əlavə müsabiqə müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballar nəzərə alınmaqla keçirilib.
Müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul olunan 195 tələbə dövlət sifarişi əsasında, yəni ödənişsiz təhsil almaq hüququ əldə edib.
Həmin tələbələrin siyahısı müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib. Eyni zamanda, tələbələrin “Şəxsi kabinet”lərində qeyd etdikləri mobil telefon nömrələrinə əlavə müsabiqənin nəticələri barədə məlumat göndərilib.
Qeyd olunub ki, əlavə müsabiqə 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul zamanı boş qalan dövlət sifarişli yerlərin tutulması məqsədilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [15:43]
Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq
- 05.10.2026 [14:44]
MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
- 05.10.2026 [14:40]
Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova
- 05.10.2026 [14:12]
AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
- 05.10.2026 [14:02]