Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
Bakı, 5 oktyabr, AZƏRTAC
Norveç hökuməti süni intellekt eynəklərini müvəqqəti olaraq qadağan etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Norveçin rəqəmsallaşdırma və dövlət idarəçiliyi naziri Torqeyr Mikaelsenin sözlərinə görə, bu addım hökumətə hərtərəfli araşdırma aparmaq üçün vaxt verəcək. “Nu.nl” nəşrinə görə, nazir “özlərinin xəbəri olmadan şəkil çəkdirilmə, lentə alınma və ya qeydə alınma riski daşıyan” eynək taxan insanlardan narahatdır.
Qadağa bütün Norveçə şamil edilmir. Hazırda bu, əsasən, parklar, muzeylər, çimərliklər və ticarət mərkəzləri kimi ictimai məkanlara aiddir. Qadağa son nəticədə ictimai tədbirlərə və uşaqların toplaşdığı yerlərə, məsələn, məktəblər və oyun meydançalarına da şamil edilə bilər. Səhiyyə müəssisələri və idman yarışlarına ev sahibliyi edən, soyunub-geyinmə otaqları və ya duşları olan yerlər üçün qaydalar da nəzərdən keçirilir.
Niderland təşkilatları isə “Meta”nı kameralı süni intellekt eynəklərinin satışını dayandırmağa çağırıb. Bu ölkədəki Nümayəndələr Palatası daha sərt qaydalara çağırıb. Norveç “ağıllı” eynəklərlə əlaqəli məxfilik risklərinə görə tədbir görən ilk ölkə deyil. Avstraliyada bir neçə bələdiyyə artıq üzgüçülük hovuzları və digər ictimai obyektlər kimi yerlərdə kameralı eynəklərin istifadəsini məhdudlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [13:13]
Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır
- 29.10.2026 [13:12]
ABŞ-nin neft ehtiyatları azalır
- 29.10.2026 [12:57]
“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub
- 29.10.2026 [12:24]
Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb
- 29.10.2026 [11:34]
Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib
- 29.10.2026 [11:10]
Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb
- 29.10.2026 [10:56]