Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Bakı, 5 oktyabr, AZƏRTAC

Müasir pedaqoq ilk növbədə öz peşəsini və tələbələrini sevməlidir. Çünki müəllimlik yalnız bilik ötürməkdən ibarət deyil. Xüsusilə musiqi təhsilində pedaqoq tələbəyə təkcə ifa texnikasını və nəzəri bilikləri öyrətmir, eyni zamanda onun musiqi zövqünün, düşüncə tərzinin və sənətə münasibətinin formalaşmasında mühüm rol oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi İmran Şəxəliyev bildirib.

Onun sözlərinə görə, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət və etimad xüsusi əhəmiyyət daşıyır. Tələbə müəllimin yanında özünü sərbəst hiss etməli, səhv etməkdən və sual verməkdən çəkinməməlidir. Müəllim isə yalnız nöqsanları göstərməklə kifayətlənməməli, gəncin güclü tərəflərini üzə çıxarmağa və inkişaf etdirməyə çalışmalıdır.

“Bəzən tələbənin özündə görə bilmədiyi istedadı müəllim görür. Vaxtında deyilmiş təşviqedici söz, göstərilmiş inam gəncin özünə münasibətini, hətta gələcək həyat yolunu dəyişə bilər. Musiqidə bunun əhəmiyyəti daha böyükdür. Çünki musiqini yalnız qaydalar və texnika ilə öyrətmək mümkün deyil. Tələbə əsəri düzgün ifa etməklə yanaşı, onu hiss etməyi, mahiyyətini anlamağı və dinləyiciyə çatdırmağı bacarmalıdır. Burada müəllimin şəxsi nümunəsi, sənətə sevgisi və tələbə ilə qurduğu mənəvi bağ mühüm rol oynayır”, – deyə İ.Şəxəliyev qeyd edib.

Müəllim bildirib ki, pedaqoq hər bir tələbəyə eyni üsulla yanaşmamalıdır. Gənclərin xarakteri, qabiliyyəti, dünyagörüşü və öyrənmə tempi fərqlidir. Pedaqoqun peşəkarlığı bu fərqləri görmək və hər bir tələbəyə uyğun yanaşma müəyyənləşdirmək bacarığında da özünü göstərir.

Musiqiçi-pedaqoq fəaliyyətinin xüsusiyyətlərindən danışan İ.Şəxəliyev qeyd edib ki, tələbəyə musiqiyə sevgi aşılamaq peşəkar ustalığı öyrətməkdən daha çətindir. Peşəkar bacarıqları müəyyən metodika, ardıcıl məşq və düzgün istiqamətləndirmə ilə formalaşdırmaq mümkün olsa da, musiqiyə sevgi insanın daxilində oyadılmalı olan hissdir.

“Tələbəyə düzgün texnikanı öyrətmək, onun fərdi imkanlarını nəzərə almaq, səhvləri üzərində işləmək və tədricən peşəkar səviyyəyə çatdırmaq uzun və məsuliyyətli prosesdir. Lakin bunun müəyyən sistemi və metodikası var. Musiqiyə sevgi məsələsində isə hazır düstur yoxdur. Hər bir tələbənin musiqini qavraması, hiss etməsi və ona bağlanması fərqlidir. Burada müəllimin şəxsiyyəti və sənətə münasibəti böyük rol oynayır”, – deyə o vurğulayıb.

İ.Şəxəliyevin sözlərinə görə, pedaqoqun məqsədi yalnız yaxşı nəzəriyyəçi və ya ifaçı yetişdirmək deyil. Əsas məqsəd musiqini anlayan, sevən və bu sevgini gələcək nəsillərə ötürə bilən musiqiçi formalaşdırmaqdır: “Peşəkar ustalıq insana necə musiqiçi olmağı öyrədir, musiqiyə sevgi isə ona nə üçün bu sənətlə məşğul olduğunu unutmağa qoymur”.

Gənclərin milli musiqiyə marağının qorunmasının vacibliyindən bəhs edən müəllim bildirib ki, bunun üçün yalnız faktların, tarixlərin və nəzəri anlayışların tədrisi kifayət etmir. Gənclərə həmin biliklərin arxasında dayanan zəngin mədəniyyət, tarixi yaddaş və milli musiqi təfəkkürü də çatdırılmalıdır.

40 ilə yaxın pedaqoji fəaliyyətindən danışan müəllim qeyd edib ki, bu müddət onun üçün sadəcə illərin sayı deyil, həyatının böyük bir hissəsini əhatə edən elmi və pedaqoji yoldur. O, əsasən Azərbaycan xalq musiqisi ilə bağlı fənləri tədris edib, milli musiqinin nəzəri əsaslarını, xüsusilə məqam sistemini gənc nəslə çatdırmağa çalışıb.

İ.Şəxəliyev vurğulayıb ki, bütün bunlarla yanaşı, uzun illər davam edən pedaqoji fəaliyyətinin ən böyük dəyəri tələbələri və onların inkişafını görməkdir. Vaxtilə auditoriyada tələbə kimi qarşısında əyləşən gənclərin bu gün musiqi, elm və pedaqogika sahələrində fəaliyyət göstərməsi, əldə etdikləri bilikləri yeni nəslə ötürməsi ona xüsusi mənəvi məmnunluq verir.

Həyatında və peşəkar fəaliyyətinin formalaşmasında mühüm rol oynamış müəllimlərindən söz açan İ.Şəxəliyev iki pedaqoqu xüsusi ehtiramla xatırlayır. Onlardan biri onun peşə seçiminə, digəri isə elmi fəaliyyətinin istiqamətlənməsinə təsir göstərib.

“Sumqayıt Orta İxtisas Musiqi Məktəbində – indiki Sumqayıt Musiqi Kollecində təhsil aldığım dövrdə mənə musiqi nəzəriyyəsi və harmoniya fənlərini tədris edən Yaşar Mirzəyev musiqi zövqümün formalaşmasına böyük təsir göstərib. O, mənə musiqiyə daha dərindən yanaşmağı, onu sadəcə dinləməyi deyil, anlamağı və təhlil etməyi öyrətdi. Düşünürəm ki, musiqini gələcək peşəm və həyat yolum kimi seçməyimdə onun müstəsna rolu olub.

Konservatoriya illərində isə mərhum musiqişünas alim Məmmədsaleh İsmayılovun mənim üçün xüsusi rolu olub. O, Üzeyir Hacıbəylidən məqam nəzəriyyəsi üzrə dərs almış və bu böyük elmi məktəbin ənənələrini davam etdirən alimlərdən idi. Məmmədsaleh müəllim mənə Azərbaycan milli məqam nəzəriyyəsinin incəliklərini öyrətməklə yanaşı, bu sahəyə tədqiqatçı gözü ilə baxmağı da aşıladı. Konservatoriyanı bitirərkən onun elmi rəhbərliyi ilə hazırlayıb müdafiə etdiyim diplom işi sonrakı elmi fəaliyyətimin əsasını qoydu və milli musiqimizin nəzəri problemlərinin araşdırılması istiqamətində gələcək yolumu müəyyənləşdirdi”, – deyə müəllim bildirib.

İ.Şəxəliyev əlavə edib ki, müəllimlərindən yaddaşında qalan yalnız konkret söz və məsləhətlər deyil, onların elmə, musiqiyə və pedaqoji fəaliyyətə münasibətidir: “Onlardan öyrəndiyim ən mühüm dərs budur ki, musiqini öyrənmək yalnız nəzəri biliklərə yiyələnmək deyil. Musiqini anlamaq, duymaq, araşdırmaq və daim öz üzərində işləmək lazımdır. Bu gün çoxillik pedaqoji təcrübəmə dayanaraq daha yaxşı anlayıram ki, yaxşı müəllimin təsiri auditoriya ilə bitmir. Bu təsir bəzən insanın bütün peşə yolunu istiqamətləndirir və illər sonra onun öz tələbələrinə münasibətində yaşamaqda davam edir".

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəxtiyar Nəcəfov: “İrəvan qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan qazılığı” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttin dəyişdirilməsini planlaşdırılır

Dövlət sərhədində aşkarlanan pilotsuz uçuş aparatları zərərsizləşdirilib

Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur

Qazaxıstanda ekstremist qrup yaratmaqda şübhəli bilinən on nəfər saxlanılıb

Qırğızıstan kömür ixracını məhdudlaşdırmaq niyyətindədir

Vətən Müharibəsi Qəhrəmanı liseydə şagirdlərin suallarını cavablandıracaq

Ağdam Sənaye Parkından dünya bazarına doğru

Samuxda vətəndaşların müraciətləri dinləniləcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz – İrəvanda Xan sarayı

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Pakistanlı ekspert etirazlar fonunda Parisin fiaskosunun səbəblərini açıqlayıb – ŞƏRH

Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

“Azəristiliktəchizat” ASC-nin sədri : Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq – EKSKLÜZİV MÜSAHİBƏ

Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

İsa Həbibbəyli: “İrəvan Qazılığının tarixi” kitabı azərbaycançılıq ideologiyasına mühüm töhfədir

Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

BŞTİ müəllimlərin işə qəbulunu elan edir

Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir

Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir

Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur

Azərbaycanın İƏT çərçivəsindəki fəal rolu ölkənin xarici siyasətinin əsas prioritetlərindən irəli gəlir - ŞƏRH

Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Həftəsonu 75 cinayətin açılması təmin olunub

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər

“Azəristiliktəchizat”ın sədri: Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır - EKSKLÜZİV

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Fransa və Almaniyada yaşananlar göstərir ki, Avropa çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir - ŞƏRH

Bakı məktəbliləri tarixi yaddaş, Zəfər və mədəni irs mövzularında maarifləndirilir

Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb

Bəzi mənzillərdə istilik təchizatının keyfiyyətinə təsir edən əsas amillər açıqlanıb - EKSKLÜZİV

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir

Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium

Azərbaycançılıq milli birliyimizin və dövlətçiliyimizin əsas ideoloji dayağıdır - ŞƏRH

“Goldman Sachs” neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb – EKSKLÜZİV

Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

MMU ilə ABŞ-nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir

Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq