“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq
Moskva, 5 oktyabr, AZƏRTAC
Rusiyanın “Aeroflot” aviaşirkəti oktyabrın 25-dən etibarən Moskvadan Bakıya uçuşların tezliyini həftədə 14-dən 17-yə qədər artıracaq.
AZƏRTAC aviaşirkətin mətbuat xidmətinə istinadla xəbər verir ki, qış cədvəli ərzində Azərbaycan paytaxtına əlavə uçuşlar cümə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bu o deməkdir ki, aviaşirkət həmin günlərdə gündə üç uçuş həyata keçirəcək.
“Aeroflot”, həmçinin bildirib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Moskva ilə Azərbaycan şəhərləri arasında uçuşlarda 245 min sərnişin daşınıb.
Aviaşirkət hazırda Rusiya paytaxtından Bakı və Gəncəyə uçuşlar həyata keçirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:13]
Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək
- 05.10.2026 [13:31]
Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır
- 05.10.2026 [12:31]