Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb
Ankara, 5 oktyabr, AZƏRTAC
Türkiyənin müdafiə sənayesində flaqman şirkət olan ASELSAN hibrid hava hücumundan müdafiə sistemlərinin təchizatına dair böyük kontrakt imzalayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Departamenti ilə imzalanan müqavilənin dəyəri 2,46 milyard avro olaraq qiymətləndirilir.
ASELSAN Türkiyənin “Polad günbəz” adlandırılan çoxqatlı milli hava hücumundan müdafiə sistemini inkişaf etdirir.
“Polad günbəz” süni intellekt və yerli proqram təminatından istifadə edərək müxtəlif hava və raketdən müdafiə təbəqələrini vahid idarəetmə sisteminə birləşdirir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]