“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb
Bakı, 5 oktyabr, AZƏRTAC
İranın yerli mediasının məlumatına görə, oktyabrın 5-də ölkənin cənub-şərqində baş verən silahlı hücum nəticəsində iki polis zabiti öldürülüb, biri isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, “Fars” agentliyinin əyalət polisinə istinadla yaydığı məlumata görə, silahlı şəxslər Sistan-Bəlucistan əyalətinin Bampur rayonundakı Nukju polis bölməsinə aid polis patrulu istiqamətində atəş açıblar.
Məlumata əsasən, hücum zamanı patrul təhlükəsizliyi təmin etmək vəzifəsini yerinə yetirirmiş.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Pakistan və Əfqanıstanla həmsərhəd olan Sistan-Bəlucistan bölgəsində İranın təhlükəsizlik qüvvələrinə qarşı mütəmadi hücumlar baş verir və rəsmi Tehran bu zorakılıq aktlarına görə çox vaxt silahlı qruplaşmaları ittiham edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:17]
Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]
İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək
- 05.10.2026 [11:16]