Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

Vaşinqton, 5 oktyabr, AZƏRTAC

AZƏRTAC Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı silsilə yazıları davam etdirir. Budəfəki müsahibimiz Kanadada yaşayan Lalin Həsənovadır. 1980-ci ildə Bakı şəhərində anadan olan Lalin Həsənova Xarici Dillər Universitetinin məzunudur. Həyat yoldaşı ilə birlikdə “Skilled Worker” proqramı vasitəsilə Kanadaya köçüb. Toronto Universitetinin doktorantura proqramına qəbul olunub. Lalin Həsənova aktiv ictimai fəaliyyətlə də məşğuldur. Toronto şəhərində “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin yaradıcısı olan müsahibimiz, eyni zamanda, “Azərbaycan Evi”nin rəhbəridir.

AZƏRTAC müsahibəni təqdim edir.

- “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin yaranma ideyası necə meydana gəldi?

- Hər şey 2014-cü ildə evdə uşaqlara rəqs dərsləri keçməyimizlə başladı. Əvvəlcə məqsədimiz uşaqlara milli rəqslərimizi öyrətmək idi. Dərslərə maraq artdıqca gördüyümüz işi daha geniş miqyasda təqdim etmək və icmamızı bir araya gətirmək barədə düşündük. İlk tədbirimiz böyük maraqla qarşılandı və Torontoda Azərbaycan mədəniyyətini yaşatmaq, tanıtmaq üçün belə bir mərkəzə ehtiyac olduğunu göstərdi.

Beləliklə, 2015-ci ilin martında “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi rəsmi şəkildə yaradıldı. Həmin il iyunun 15-də - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə ölkəmizin Kanadadakı müvəqqəti işlər vəkili Ramin Səfərli və konsul Faiq Babayevin icma ilə görüşü keçirildi. O vaxtdan Azərbaycanın tarixindəki mühüm hadisələri işıqlandırmağa, milli günlərimizi qeyd etməyə başladıq. Toronto Universitetində uşaqların “Müharibəyə yox” adlı rəsm sərgisini təşkil etdik. 2016-cı ildə Torontoda 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağı qaldırıldı. Həmin il Toronto Universitetində Xocalı faciəsinə həsr olunmuş ilk tədbirimizi keçirdik. Məqsədimiz Azərbaycan tarixini və həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq, insanları ölkəmiz haqqında məlumatlandırmaq idi.

- Mərkəzin əsas məqsədi və fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- İnsan doğulduğu torpaqdan uzaqda yaşasa da, Vətən anlayışı onun yaddaşından və qəlbindən silinmir. Bəzən bir mahnı, milli rəqs, ana dilində eşidilən söz, yaxud Novruzun tanış ab-havası minlərlə kilometr uzaqdakı Azərbaycanı insana yenidən yaxınlaşdırır. “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin fəaliyyətinə də məhz bu duyğudan yanaşmaq lazımdır. Biz Azərbaycanla bağlılığı qorumağa, milli dəyərləri yaşatmağa və ölkəmizi Kanada cəmiyyətinə tanıtmağa çalışırıq.

Fəaliyyətimiz bayram tədbirləri ilə məhdudlaşmır. Musiqimizi, milli rəqslərimizi, incəsənətimizi, ədəbiyyatımızı, mətbəximizi, adət-ənənələrimizi və bayramlarımızı həm soydaşlarımıza, həm də Kanada ictimaiyyətinə təqdim edirik. Bu tədbirlər Kanadada yaşayan azərbaycanlılar üçün görüşmək və milli mühitlərini yaşatmaq imkanı yaradır.

Uşaqlar və gənclərlə işimiz xüsusi əhəmiyyət daşıyır. Xaricdə böyüyən uşaqlar Azərbaycan dilində danışmalı, tariximizi bilməli, musiqimizi eşitməli, milli rəqslərimizi görməli və bunların kimliklərinin ayrılmaz hissəsi olduğunu hiss etməlidirlər. “Mənim Azərbaycanım” həftəsonu məktəbində uşaqlara Azərbaycan dili və tarixi ilə yanaşı, musiqimiz, rəqslərimiz, rəsm və dram sənəti də öyrədilir. Şagirdlərimiz Kanada festivallarında və multikultural tədbirlərdə Azərbaycanı təmsil edirlər. Beləliklə, onlar həm öz kökləri ilə bağlarını gücləndirir, həm də Kanada cəmiyyətində mədəniyyətimizin elçilərinə çevrilirlər.

Azərbaycan tarixinin və ölkəmizlə bağlı həqiqətlərin Kanada cəmiyyətinə çatdırılması da fəaliyyətimizin mühüm hissəsidir. 2021-ci ildən Azərbaycanın tarixinə həsr olunan qısametrajlı filmlər üzərində işləyirik. Elçin Muxtarovun çəkdiyi iyirmiyə yaxın filmdə Azərbaycanın qədim tarixi, Qarabağ, Xocalı, Şuşa və tariximizin digər mühüm səhifələri Kanada auditoriyasına təqdim olunur. Son layihələrimizdən biri “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusuna həsr edilib.

“Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi, həmçinin Toronto və ümumilikdə Kanadada yaşayan azərbaycanlıların bir araya gəlməsi üçün platformadır. Diasporun gücü ortaq dəyərlər ətrafında birləşməkdə, bir-birinə dayaq olmaqda və bu dəyərləri gələcək nəsillərə ötürməkdədir.

- “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi Kanadanın siyasi dairələri ilə işini necə qurub?

- Mərkəzin ən mühüm nailiyyətlərindən biri ölkəmizi Kanadanın siyasi və ictimai mühitində daha geniş tanıtmaq, Azərbaycanı və üçrəngli Bayrağımızı Kanada parlamentlərində layiqincə təmsil etməkdir.

2019-cu ildə Komitənin təklifi ilə “101 dama” adlı şahmat turniri keçirdik. Tədbirdə müxtəlif millətlərin nümayəndələri də daxil olmaqla 160-dan çox şəxs iştirak etdi. Bu, Azərbaycanı idman və mədəniyyət vasitəsilə daha geniş auditoriyaya tanıtmaq üçün yaxşı imkan oldu.

Ontario Əyalət Parlamentində Azərbaycan bayrağı 2008-ci ildə bir dəfə qaldırılmışdı. Uzun fasilədən sonra, təşkilatımızın təşəbbüsü ilə 2022-ci ildən bu ənənə bərpa olundu və hər il davam etdirilməyə başladı. Sonuncu tədbirimizdə 14 əyalət parlament üzvünün iştirakı Azərbaycan icmasına və fəaliyyətimizə göstərilən diqqətin mühüm göstəricisi oldu.

Kanada Federal Parlamentində Azərbaycan bayrağının qaldırılması mərasimi də 2023-cü ildən etibarən təşkilatımızın təşəbbüsü ilə keçirilir. Həmin il ilk dəfə Federal Parlamentdə Azərbaycan İrs Gününü qeyd etdik. Tədbir yalnız Toronto icmasını deyil, Kanadanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan təşkilatlarını da bir araya gətirdi. Kalqari, Monreal və digər şəhərlərdən Azərbaycan icmasının və təşkilatlarının nümayəndələri tədbirə qatıldılar.

Tədbir böyük uğurla keçdi və Azərbaycan diasporunun birlik və həmrəyliyinin gözəl nümunəsinə çevrildi. Bu münasibətlə Kanadanın Baş naziri də təşkilatımıza təbrik məktubu ünvanladı. Son tədbirimizdə həm Federal Parlamentin, həm də Ontario Əyalət Parlamentinin üzvləri bir araya gəldilər.

Son üç ildə hər il Kanadanın ən tanınmış simvollarından biri olan Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır. Eyni zamanda, Azərbaycan bayrağı Niaqara şəhərində şəhər merinin iştirakı ilə qaldırılır. Bu əlamətdar günlərdə icma üzvlərimiz bir araya gələrək Azərbaycan bayrağının Niaqara şəlaləsi üzərində əks olunan rənglərini böyük qürur və sevinc hissi ilə qeyd edirlər.

Bu tədbirlər yalnız milli rəmzlərimizin nümayişi deyil, eyni zamanda, Kanadada yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin gözəl ifadəsidir. Belə təşəbbüslər Azərbaycan adının, mədəniyyətinin və milli dəyərlərinin Kanadanın geniş ictimaiyyətinə çatdırılmasına, eləcə də icmamızın bu ölkənin çoxmədəniyyətli həyatında daha fəal və görünən şəkildə təmsil olunmasına mühüm töhfə verir.

2024-cü ildə Kanadadakı Azərbaycan diaspor təşkilatları arasında ilk dəfə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş xüsusi tədbir keçirdik. Bu təşəbbüs sonrakı illərdə də davam etdirilərək ənənəyə çevrildi. 2026-cı ildə isə ilk dəfə Azərbaycanlı Universitet Tələbələri və Gənclər Forumunu təşkil etdik. Məqsədimiz müxtəlif universitetlərdə təhsil alan gəncləri bir araya gətirmək, əlaqələrini gücləndirmək, təhsil, karyera və ictimai fəaliyyət imkanlarını müzakirə etmək idi.

2025-ci ildə 10 illik yubileyimizi keçirdik. Tədbirdə 20-yə yaxın kanadalı siyasi və ictimai xadim, ziyalılar, icmamızın üzvləri və çoxsaylı qonaqlar iştirak etdilər. Ontario Parlamentinin üzvləri, Kanadanın keçmiş multikulturalizm və vətəndaşlıq naziri Toni Ruprext, Türkiyə, Özbəkistan, Türkmənistan, Krım tatarları və digər icmaların nümayəndələri çıxış etdilər.

Tədbirdə “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin Azərbaycanın zəngin tarixini, mədəni irsini və adət-ənənələrini Kanada cəmiyyətinə çatdırmaq üçün gördüyü işlər vurğulandı. Toni Ruprext Mərkəzin fəaliyyətindən danışdı. Ontario Parlamentinin üzvlərinin çıxışlarından da görünürdü ki, onlar Azərbaycan haqqında daha çox məlumatı bizim mərkəz vasitəsilə əldə ediblər.

Yubiley təkcə keçmişə nəzər salmaq üçün deyil, gördüyümüz işlərin Kanada cəmiyyətində necə qarşılandığını anlamaq baxımından da yaddaqalan oldu. “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin 10 illiyini Ontario Əyalət Parlamentində qeyd etmək Azərbaycan icmasının, mədəniyyətimizin və fəaliyyətimizin əyalət səviyyəsində təqdim olunması demək idi. Hər bir tədbir və layihənin, uşaqlar və gənclərlə görülən işlərin Azərbaycanla Kanada arasında körpülərin qurulmasına xidmət etdiyini bir daha hiss etdik.

- 2023-cü ildə Toronto Azərbaycan Evi açıldı. Həm “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin, həm də Azərbaycan Evinin rəhbəri kimi bu qurumların fəaliyyətini necə uzlaşdırırsınız?

- Azərbaycan Evinin yaradılması icmamızın uzun müddət arzuladığı məsələlərdən biri idi. Azərbaycan Evi ilə “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi paralel fəaliyyət göstərir və bir-birini tamamlayır. Mərkəz əsasən mədəniyyətimizin və Azərbaycan irsinin təbliği istiqamətində çalışır. Azərbaycan Evi isə daha geniş mənada icma üçün infrastruktur, görüş və bir araya gəlmək məkanı rolunu daşıyır.

- Gələcək planlarınız və qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?

- Gələcəkdə əsas məqsədimiz əlaqələri daha da möhkəmləndirmək, Azərbaycanı Kanadada daha geniş tanıtmaq, mədəni və ictimai layihələrimizin miqyasını artırmaq, ölkəmizin tarixini, mədəniyyətini və milli irsini daha geniş auditoriyalara çatdırmaqdır. Qarşıda yeni təşəbbüslərimiz və həyata keçirmək istədiyimiz çoxsaylı layihələr var.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Müəllim: İbtidai sinif möhkəm təməlin formalaşdığı mərhələdir VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

Ağstafada 2 qardaşa kəsici-deşici alətlə xəsarət yetirilib VİDEO

İraq onilliklər ərzində ilk dəfə Hörmüzdən neft daşıyıb

İdeologiya ətrafında birləşməyən cəmiyyəti parçalamaq, itaətdə saxlamaq asan olur - ŞƏRH

Kosmosdan dinc məqsədlərlə istifadə haqqında Antalya Bəyannaməsini 21 ölkə təsdiqləyib

“Biləv” SES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Sumqayıt və Abşeron sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub