Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

Bakı, 5 oktyabr, AZƏRTAC

Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin tarix müəllimi Zülfiyyə Yusifova 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ixtisasartırma və kadrların yenidən hazırlanması əsasında müəllim ixtisasına yiyələnib. 2018-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında 60 baldan 54-nü toplayaraq Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb. 2021-2023-cü illərdə Bakı Slavyan Universitetində pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura təhsili alıb. 2023-cü ildə müəllimlərin iş yerinin qarşılıqlı yerdəyişməsi müsabiqəsində uğur qazanaraq hazırda fəaliyyət göstərdiyi məktəbdə işə başlayıb. Səkkizillik pedaqoji təcrübəyə malik müəllim sertifikatlaşdırma imtahanında 60 bal toplayaraq ən yüksək nəticəni göstərib və müsahibə mərhələsindən də uğurla keçib. Zülfiyyə Yusifova AZƏRTAC-a müsahibəsində müəllimlik fəaliyyətindən, şagirdlərindən öyrəndiklərindən, müasir müəllimin rolundan və yaddaşında iz buraxan şagird uğurlarından danışıb.

“Müəllimlik mənim üçün sadəcə iş deyil, bir həyat missiyasıdır. Əgər belə olmasaydı, hər gün eyni həvəslə sinfə girib o qədər uşağa nəsə öyrətməyə çalışmaq çox çətin olardı.

Bu peşəni seçməyimə uşaqlıqdan tarixə, keçmişdə baş verənlərə və insanlara olan marağım təsir edib. İstəyirdim ki, bu marağımı təkcə özümdə saxlamayım, gənclərə də ötürüm. Tarixi onlara quru fakt kimi deyil, bir həyat dərsi kimi sevdirmək istəyirdim. Bir də müəllimlərimin mənim həyatımda qoyduğu yaxşı izi görmüşəm və düşünmüşəm ki, mən də kiminsə gələcəyində belə gözəl bir iz qoya bilərəm.

Düzdür, müəllimlikdə yorucu məqamlar da olur. Sənədləşdirmə, imtahan həyəcanı, hazırlıq və digər işlər müəyyən qədər yorur. Amma sinfə girib şagirdin gözündəki o “başa düşdüm” işığını görəndə insana elə gəlir ki, bütün yorğunluğa dəyər. Mən bu peşəni çox sevirəm və özümü başqa bir sahədə təsəvvür edə bilmirəm. Bir dəfə dərsdə qədim bir müqavilənin maddələrini keçirdik. Uşaqlardan biri əlini qaldırıb dedi: “Müəllimə, 2000 il əvvəl yazılmış bu kağız parçası indi bizim nəyimizə lazımdır?” O an dərslikdəki cümlələri təkrar etmək əvəzinə ona sadə bir sual verdim: “Sən dünən dostunla küsəndə məsələni necə həll etdin?” Dedi: “Oturub danışdıq”. Mən də izah etdim ki, həmin müqavilələr insanların problemləri yalnız güc yolu ilə deyil, danışıq və razılaşma yolu ilə həll etməyi öyrənməsinin nümunələrindən biridir.

O uşağın gözündəki “hə, deməli, tarix elə bizim gündəlik həyatımızmış” işığını görəndə müəllimliyə baxışım bir daha dəyişdi.

Şagirdlərim mənə öyrədib ki, müəllimlik illəri və faktları əzbərlətmək deyil, keçmişlə bu günün arasındakı o görünməz əlaqəni onlara göstərə bilməkdir.

Müasir dövrdə biz müəllimlərin rolu da dəyişib. Əvvəllər əsas informasiya mənbələrindən biri müəllim idisə, bu gün şagird müxtəlif məlumatları bir neçə saniyə ərzində internet vasitəsilə əldə edə bilir. Buna görə müəllim yalnız məlumat ötürən deyil, həmin məlumatın düzgünlüyünü qiymətləndirməyə və ondan düzgün istifadə etməyə istiqamət verən şəxs olmalıdır.

İndiki dövrdə müasir müəllimdən tələb olunan ən vacib xüsusiyyət uyğunlaşma bacarığı və empatiyadır. Texnologiya və uşaqların maraq dairəsi çox sürətlə dəyişir. Dünən işə yarayan metod bu gün uşaq üçün darıxdırıcı ola bilir. Müəllim özünü yeniləməkdən, yeni üsullar sınamaqdan qorxmamalıdır. İnternetdə hər cür məlumat var, amma uşağa fərdi yanaşma, onu dinləmək və anlamaq internetdə yoxdur. Müasir müəllim uşağa faktları əzbərlətmək üçün yox, o faktlar arasında düzgün seçim etməyi və tənqidi düşünməyi öyrətmək üçün lazımdır. Əvvəl müəllim lövhə önündə mühazirə oxuyan biri idisə, bu gün şagirdlə yanaşı addımlayan bir bələdçidir”, - deyə müsahibimiz qeyd edib.

Müəllimlik fəaliyyətində onu ən çox sevindirən məqamın şagirdlərinin həyatında müsbət dəyişiklik görmək olduğunu deyən müsahibimiz bir hadisəni də xatırlayıb: “Bir qız şagirdimiz var idi. Buraxılış imtahanında 300 baldan 190 bal toplamışdı, potensialı çox böyük idi. Amma təəssüf ki, valideyni onun təhsilini davam etdirməsinə icazə vermək istəmirdi. Bir müəllim kimi buna biganə qala bilməzdik. Müəllim yoldaşlarımızla birlikdə böyük səy göstərdik, günlərlə ailəsi ilə danışdıq, izah etdik və sonda valideynini razı sala bildik. İndi o qızımız tələbədir. Onun universitetə qəbul olduğunu, qarşısında yeni imkanların açıldığını görəndə yaşadığım qürur və sevinci heç bir balla, heç bir diplomla müqayisə etmək olmaz. Mənim üçün ən böyük uğur bir uşağın, xüsusilə bir qızın həyatında dönüş nöqtəsi ola bilmək və onun gələcəyinə işıq tutmaqdır”.

Zülfiyyə xanım qeyd edib ki, hər bir şagird fərqli yanaşma tələb edir: “Məncə, müəllimlik mənə ilk növbədə səbirli olmağı, dinləməyi və hər uşağın özünəməxsus olduğunu qəbul etməyi öyrədib. Bəzən biz uşaqlara nəsə öyrətdiyimizi düşünürük, amma əslində onlar da bizə çox şey öyrədirlər. Müəllim yalnız dərs deyən insan deyil. O, uşağın özünəinamının formalaşmasına, düzgün seçim etməsinə və gələcəyinə istiqamət verməsinə təsir edə bilər. Mən müəllimliyi məhz buna görə sevirəm. Çünki bu peşədə hər gün yeni bir hekayənin şahidi olursan və bəzən həmin hekayənin bir hissəsini dəyişmək imkanın olur”.

Müxbir - Nərmin Muradzadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Daşkənddə illik 46 milyon sərnişinə xidmət göstərəcək yeni hava limanı tikilir

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir