Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
London, 5 oktyabr, AZƏRTAC
Londonun mərkəzi və şərq hissələrində bu gün səhər saatlarında genişmiqyaslı elektrik kəsintisi baş verib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, paytaxtın elektrik şəbəkəsinə xidmət göstərən “UK Power Networks” (UKPN) şirkətinin məlumatına görə, nasazlıq təxminən 32 poçt indeksini əhatə edib, minlərlə ev və müəssisə elektrik enerjisiz qalıb.
Şirkətdən bildirilib ki, kəsintiyə yerli ərazidə yeraltı elektrik kabelində yaranan nasazlıq səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Liverpool Street” stansiyasındakı elektron ekranların işləmədiyi görünür. Elektrik kəsintisi xüsusilə Şordiç və Londonun şərq hissəsinə təsir edib. Ofislərdə internet bağlantısı və monitorların fəaliyyəti dayandığından iş prosesində də fasilələr yaranıb.
Elektrik kəsintisi yerli vaxtla saat 10:32-də başlayıb. UKPN-dən bildirilib ki, hadisədən təxminən 15 dəqiqə sonra elektrik enerjisinin alternativ xətlərlə yönləndirilməsi nəticəsində 4989 ev və müəssisədə enerji təchizatı bərpa olunub. Londonun bəzi hissələrində elektrik enerjisinin verilməsi artıq tam bərpa edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]
Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb
- 05.10.2026 [14:33]