Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
2026-2027-ci tədris ilində Çin Xalq Respublikasının 23 vətəndaşı Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycanda ali təhsil almaq hüququ qazanıb.
Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində seçilən tələbələr Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Təqaüdçülər təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, eləcə də texniki və texnoloji ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
HTP ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, həmçinin ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:23]
BMU “ADEX 2026” sərgisində milli tədqiqatlara töhfəsinə görə təltif olunub
- 05.10.2026 [14:44]
MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
- 05.10.2026 [14:40]
Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova
- 05.10.2026 [14:12]
AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
- 05.10.2026 [14:02]