Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan karateçiləri oktyabrın 3-4-də Latviyada və Rusiyada keçirilmiş fullkontakt şinkyokuşin yarışlarında bir gümüş və iki bürünc medal əldə ediblər.
Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, fullkontakt şinkyokuşin karate üslubu üzrə milli komanda Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında iki mükafata sahib olub. U-21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kiloqram) ikinci yeri tutaraq gümüş medal qazanıb. Məhərrəm Əhmədov (65 kiloqram) isə bürünc medala layiq görülüb.
Həmin tarixlərdə Rusiyanın Novosibirsk şəhərində keçirilən "34-cü Andrey Yakutov Memorialı”nda Azərbaycanı təmsil edən Emin İsmayıllı da mükafatçılar sırasında yer alıb. İdmançı 75 kiloqram çəki dərəcəsində üçüncü yeri tutaraq bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:05]
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]