Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb
Brüssel, 5 oktyabr, AZƏRTAC
Brüssel hava limanı vasitəsilə kokain və marixuana qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəyə qarşı əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb və onların arasında hava limanında baqaj daşıyıcısı kimi çalışan 5 nəfər də var.
Belçika federal polisi əməliyyatı Amerika Birləşmiş Ştatları və Afrikadan narkotiklərin gətirilməsi ilə bağlı araşdırma çərçivəsində həyata keçirib.
Əməliyyat çərçivəsində Belçika və Fransada ümumilikdə 27 axtarış aparılıb. Əməliyyat zamanı 57 min avro nağd pul, kriptovalyuta pulqabıları, səkkiz avtomobil və odlu silahlar müsadirə edilib. Araşdırma 2025-ci ilin fevralında Meksikadan gələn idman çantasında 30 kiloqram kokain aşkarlandıqdan sonra başlanıb. İstintaq müəyyən edib ki, şəbəkə narkotiklə dolu baqajı hava limanından çıxarmaq üçün xüsusi şəxslərdən və sonradan rüşvətlə cəlb edilən baqaj əməkdaşlarından istifadə edib. Əməkdaşların narkotiki baqaj lentinə çatmazdan əvvəl götürərək təhlükəsizlik nəzarətindən kənarda hava limanından çıxardıqları bildirilir. Hava limanı saxlanılan şəxslərin subpodratçı şirkətlərin əməkdaşları olduğunu açıqlayıb. İstintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [17:40]
Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub
- 31.10.2026 [15:19]
Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır
- 31.10.2026 [15:16]
Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb
- 31.10.2026 [14:21]
Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir
Əsrə bərabər 35 il
- [16:01]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir
- 30.10.2026 [23:00]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [22:23]
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
- 30.10.2026 [21:42]
Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
- 30.10.2026 [21:37]