Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:30]
Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]