Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
Bakı, 5 oktyabr, AZƏRTAC
Naxçıvan Regional DOST Mərkəzinin muxtar respublikanın Şərur rayonunda inşa olunan DOST Qəbul şöbəsinin tikinti-quraşdırma işləri artıq başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, binada müasir tələblərə uyğun şərait yaradılıb, əlilliyi olan şəxslərin binaya rahat girişi və çıxışı, onların istifadəsi üçün uyğunlaşdırma işləri aparılıb. Hazırda binanın mebel və texnoloji avadanlıqlarla təchiz edilməsi, isitmə və soyutma sistemlərinin quraşdırılması, daxili bədii tərtibat istiqamətində işlər davam etdirilir.
Şərurda yaradılan DOST Qəbul şöbəsində əhaliyə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və sosial sahəyə aid digər istiqamətlərdə xidmətlər “bir pəncərə”dən, müasir, operativ və şəffaf şəkildə təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST Qəbul şöbələrinin yaradılması nəzərdə tutulur və bu istiqamətdə işlər davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:30]
Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]