Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolunun asfalt-beton örtüyü salınır.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, agentliyin sifarişi ilə uzunluğu 7,7 kilometr olan avtomobil yolunda ikinci qat asfalt-beton örtüyünün salınmasına başlanılıb. Hazırda yolun 300 metrlik hissəsinə ikinci qat asfalt örtüyü salınıb. Bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, avtomobil yolunun 7,7 kilometrlik hissəsinə birinci qat asfalt-beton örtüyü vurulub.
Müxbir- Nail Əsgərov