Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan çağdaş teatr prosesi yalnız tamaşaların hazırlanması ilə deyil, həm də müasir tamaşaçı ilə emosional və intellektual dialoqun qurulması, milli-mənəvi dəyərlərin qorunması və dünya teatr prosesinə fəal qoşulması ilə əlamətdar olmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) professor Məryəm Əlizadə müasir teatrın qarşısında duran əsas məsələlər barədə fikirlərini bölüşərkən deyib.

O, “Azərbaycan Mədəniyyəti-2040” Mədəniyyət Konsepsiyasının qarşıdakı illərdə mədəniyyət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdiyini, teatr xadimlərinin də bu istiqamətləri dərindən öyrənməli və onların həyata keçirilməsində fəal iştirak etməli olduqlarını xüsusi qeyd edib.

“Azərbaycan teatrının sənətkarlıq-peşəkarlıq baxımından inkişafı elə səviyyəyə çatmalıdır ki, o, dünya teatr məkanına çıxa bilsin. Bunun üçün o, çağdaş dünya teatr prosesini, müxtəlif ölkələrin teatr təcrübəsini öyrənməli, əxz etməli və özündəki boşluqları obyektiv şəkildə müəyyənləşdirərək onların aradan qaldırılması yollarını araşdırıb tapmalıdır. Eyni zamanda, milli-mədəni teatr irsimizi, dəyərlərimizi qoruyaraq onları dünya teatr auditoriyasına layiqincə təqdim etməlidir”, - deyə Məryəm Əlizadə bildirib.

Professorun fikrincə, çağdaş teatrımız, eyni zamanda, Azərbaycan dilinin möhtəşəm, zəngin xəzinəsini qoruyaraq onu səhnədən düzgün səsləndirməli və təqdim etməlidir. Çünki Azərbaycan teatrı öz tarixinin bütün mərhələlərində ana dilimizi qoruyaraq onun yüksək ədəbi dil səviyyəsində tamaşaçıya çatdırılmasında mühüm rol oynayıb. Unutmayaq ki, teatr sənəti Azərbaycan dilinin inkişafında, zənginləşməsində və yaşamasında misilsiz rol oynayır və oynamalıdır.

“Biz səhnədən gözəl və səlis Azərbaycan dilində danışan sənətkarları görmək, dilimizin əsrarəngiz melodiyasını eşitmək istəyirik. Azərbaycan mədəniyyəti bizə miras qalmış zəngin mədəni-mənəvi xəzinəmizdir və bu xəzinənin qorunmasında, gələcək nəsillərə ötürülməsində teatr sənətinin görkəmli sənətkar-şəxsiyyətlərinin və bir də gənc sənətçilərimizin rolu böyükdür”, - deyə o əlavə edib.

M.Əlizadə müasir teatrın inkişafında gənc sənətçilərə etimadın və onların rejissor, aktyor, teatr rəssamı, eyni zamanda, pedaqoq kimi çalışmalarına imkan yaradılmasının vacibliyini vurğulayıb. O, tələbəlik illərindən böyük müəllimləri Cəfər Cəfərov, Tofiq Kazımov, Turan Cavid, Mehdi Məmmədov, İslam İbrahimov və digər görkəmli sənətkarların yaradıcılıq və pedaqoji məktəblərindən bəhrələndiyini və öyrəndiklərini öz tələbələrinə sevə-sevə ötürdüyünü qeyd edib.

Professor bildirib ki, görkəmli sənətkar-pedaqoqların yaradıcılığının öyrənilməsi gənc nəslin formalaşmasına böyük təsir göstərir. Bu gün biz teatr sənəti ilə məşğul olan gənclərimizə - rejissorlara, aktyorlara, teatr rəssamlarına, dramaturqlara eksperimentlər üçün meydan açmalı, onlara səbir və inamla yanaşmalıyıq.

“Bu gün ara-sıra eşidirəm ki, istedadlı gənclər azdır və özlərini ifadə edə bilmirlər. Mən bununla qəti razı deyiləm. Unutmayaq ki, istedad və kütləvilik bir yerdə olan hal deyil. ADMİU-nun da vəzifəsi kütləvi şəkildə istedadlar “istehsal etmək” deyil. Bu gün Universitetimiz gənclərə mükəmməl bilik verir, istiqamətlər göstərir, dünyagörüşlərini formalaşdırır… İstedadı olan tələbə burada cilalanır, biliklərlə silahlanır, mədəni səviyyəsini və dünyagörüşünü artıraraq universiteti bitirir”, - deyə Məryəm Əlizadə vurğulayıb.

O qeyd edib ki, bu gün Azərbaycanda teatr təhsili verən ADMİU dünya teatr məktəblərinin təcrübəsini nümunə götürməklə, tələbələrə peşəkar vərdişlərin aşılanması, onların ilbəil püxtələşməsi, dünya teatrının tarixi ilə yanaşı, Azərbaycan teatr tarixinin öyrənilməsi istiqamətində də çox işlər görür. Bu gün teatr təhsilinin əsas məqsədlərindən biri də gənclərin həm öz milli teatr prosesini və tarixini dərindən tanıması, həm də dünya teatr prosesini öyrənərək anlamasıdır.

Məryəm Əlizadə müasir tamaşaçının dəyişən zövqünün teatrın inkişafına güclü təsir etdiyini diqqətə çatdırıb. Bildirib ki, hər dövrün öz tamaşaçısı var və teatr bu dəyişiklikləri nəzərə almalıdır. Lakin bu, teatrın yalnız tamaşaçının tələbinə uyğunlaşması demək deyil.

“Teatr ilk növbədə emosional sənətdir və o, öz tamaşaçısı ilə məhz emosiya vasitəsilə intellektual dialoqa girə bilir. Tamaşaçı ilə emosional və intellektual dialoq qurmaq hər zaman teatrın əsas vəzifələrindən biri olub və bu gün də belədir”, - deyə professor bildirib.

Onun fikrincə, teatrın yeni nəsil tamaşaçısını qazanması üçün yaradıcılıq axtarışlarından bir an belə uzaqlaşmaması, gənclərə meydan verməsi və eksperimentlərə, yeni yanaşmalara imkan yaratması vacibdir. Bununla yanaşı, teatr tamaşaçısını da yaxından tanımalıdır.

“Teatr öz tamaşaçısını tanımalı, onun mənəvi-intellektual tələblərini və zövqünü öyrənməlidir. Bu baxımdan teatr sosiologiyasına ehtiyac duyulur”, - deyə M.Əlizadə qeyd edib.

Professor müasir texnologiyaların, internetin və süni intellektin teatr sənətinə təsirinin də qaçılmaz olduğunu bildirib. Onun fikrincə, bu təsir daha çox səhnə texnikası və texnologiyaları sahəsində özünü göstərə bilər. Amma canlı ünsiyyət sənəti olan teatr həmişə yaşayacaq.

“Teatrda tamaşaçı yaradıcılıq prosesinin birbaşa şahidi olur, səhnədəkilərlə eyni anı yaşayır. Buna görə də teatrın canlı sənət kimi öz mahiyyətini qoruyacağına inanıram”, - deyə o vurğulayıb.

Məryəm Əlizadə hesab edir ki, teatrın əsas vəzifələrindən biri yalnız tamaşaçı marağını izləmək deyil, həm də onun estetik zövqünün və təfəkkürünün formalaşmasına təsir göstərmək, onu öz ardınca aparmaq, onun ardınca getməməkdir.

“Beləliklə, teatr tamaşaçı təfəkkürünün və estetik zövqünün yeni zamana uyğun olaraq formalaşmasına təsir göstərməlidir. Teatra gələn tamaşaçı sənət nümunəsi ilə qeyri-sənət arasındakı fərqi görə bilməli və daxilən zənginləşərək teatrı tərk etməlidir. Teatrın əsas gücü isə zamanla birlikdə addımlamaqdır”, - deyə professor əlavə edib.

Müxbir- Lalə Minasazova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Dosent: Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək