Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub
Astana, 5 oktyabr, AZƏRTAC
Qazaxıstanda Müdafiə Nazirliyində aparılan kompleks yoxlamanın birinci mərhələsinin nəticələrinə əsasən, 13 cinayət işi başlanıb.
AZƏRTAC Akordaya istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayev nazirliyin yoxlanılması üzrə Komissiyanın işinin ilkin nəticələrini dinləyib.
Cinayət işləri dövlət əmlakının mümkün mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər pozuntularla bağlı başlanıb.
Manqistau vilayətində baş verən faciənin hallarının araşdırılması zamanı təlimlərin hazırlanmasında və planlaşdırılmasında, risklərin qiymətləndirilməsində və hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli çatışmazlıqlar müəyyən edilib. Komandanlıq heyətinin səhlənkarlığı faktları üzrə 5 vəzifəli şəxs həbs olunub.
Prezident hərbi qulluqçuların həlak olmasına görə təqsirli bilinən bütün vəzifəli şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı 17 hərbi qulluqçu dənizə düşüb, onlardan 14-ü həlak olub, 3-ü isə xilas edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]