Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Belarus Milli Olimpiya Komitəsinin prezidenti Viktor Lukaşenko ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Hər iki ölkənin idmançıları və mütəxəssisləri arasında təcrübə mübadiləsinin, birgə layihələrin əhəmiyyəti qeyd olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.