DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 5 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev oktyabrın 16-sı saat 11:00-da Biləsuvarda rayon sakinlərini qəbul edəcək.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və fərdi uçotla bağlı sualı olanlar oktyabrın 12-dək fondun Biləsuvar rayonunda yerləşən qəbul şöbəsinə müraciət etməklə və ya (055) 912-34-22 telefon nömrəsinə zəng edib, [email protected] elektron ünvanına yazıb, eləcə də DSMF-nin sosial şəbəkə hesabları vasitəsilə müraciət edib, qeydiyyatdan keçməklə qəbula yazıla bilərlər.