Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Pakistanda neft qiymətlərinin artımının əhalinin gəlirlərinə təsirini azaltmaq məqsədilə Baş nazir Məhəmməd Şahbaz Şərifin göstərişi ilə xüsusi yardım proqramı həyata keçirilir.
AZƏRTAC “Radio Pakistan”a istinadən xəbər verir ki, proqram çərçivəsində motosiklet və rikşa sahiblərinə həftədə 500 Pakistan rupisi məbləğində yanacaq yardımı göstərilir.
Yardımdan yararlanmaq üçün minimum yanacaq alışına dair hər hansı tələb müəyyən edilməyib. Mühərrik həcmi 800 kubsantimetrədək olan avtomobillərin sahiblərinə isə hər 10 gündə bir 10 litr yanacağa görə hər litrə 100 rupi güzəşt tətbiq olunur. Proqramda qeydiyyat pulsuz və rəqəmsal formada həyata keçirilir. Proqramın icrasına sutka ərzində fəaliyyət göstərən monitorinq otağı vasitəsilə nəzarət olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]