Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan silsilə yazıları davam etdirir

Bakı, 5 oktyabr, AZƏRTAC

Türkmən baxşı sənətinin ən mühüm istiqamətlərindən biri dastan ifaçılığıdır. Türk xalqlarının folklorunda dastan yalnız ədəbi mətn deyil, qəhrəmanlıq, məhəbbət, sədaqət, ədalət, vətən və mənəvi dəyərlər haqqında kollektiv yaddaşın ifadəsidir. Baxşı isə bu yaddaşı səs, musiqi və söz vasitəsilə yaşadan sənətkardır. Türkmən dastan ənənəsinin ən məşhur nümunələrindən biri “Goroğlu” dastanıdır. “Goroğlu”nun türkmən epik sənəti 2015-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. UNESCO dastanı əfsanəvi qəhrəman Goroğlunun və onun qırx süvarisinin qəhrəmanlıqlarını təsvir edən şifahi ifa ənənəsi kimi səciyyələndirir. Bu sənət nəsr, şeir, musiqi, vokal improvizasiya və kompozisiya elementlərini birləşdirir.

Bunu AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova söyləyib.

O diqqətə çatdırıb ki, “Goroğlu”nun baxşı repertuarında xüsusi yer tutması təsadüfi deyil. “Dastan ifaçısı mətnin sadəcə söyləyicisi deyil. O, hadisələri səs, intonasiya, ritm, melodik keçidlər və emosional ifadə vasitəsilə dinləyicinin təsəvvüründə canlandırır. Qəhrəmanların danışığı, hadisələrin gərginliyi, məhəbbət və ayrılıq motivləri, qəhrəmanlıq səhnələri müxtəlif vokal və instrumental vasitələrlə ifadə olunur. Baxşıların “Goroğlu” ifası zamanı dutar və gıjak kimi ənənəvi alətlərdən istifadə edilməsi, dastan sənətinin gənc nəslə ustad sənətkarlar vasitəsilə öyrədilməsi də göstərilir. Bu fakt baxşı sənətində xələf-sələf münasibətlərinin əhəmiyyətini bir daha ortaya qoyur. Şifahi ənənəyə əsaslanan sənətlərin yaşamasında ustad-şəyird münasibətləri xüsusi əhəmiyyət daşıyır. Baxşı olmaq yalnız müəyyən sayda mahnını və ya dastanı əzbər bilmək demək deyil. Burada səs imkanları, dutar ifaçılığı, poetik mətnin yadda saxlanılması, improvizasiya, səhnə davranışı, repertuar seçimi və dinləyici ilə ünsiyyət kimi çoxsaylı bacarıqlar tələb olunur. Ustad sənətkarın yanında yetişən şəyird əvvəlcə ifa texnikasını, daha sonra repertuarı və poetik yaddaşı mənimsəyir. Lakin ən mühüm mərhələ sənətin daxili məntiqini, yəni sözlə musiqinin necə əlaqələndirildiyini öyrənməkdir. Şəyird müəyyən səviyyəyə çatdıqdan sonra öz ifa üslubunu formalaşdırır. Bu proses nəticəsində bir tərəfdən ənənənin sabitliyi qorunur, digər tərəfdən fərdi yaradıcılıq imkanları üçün şərait yaranır. Bu xüsusiyyət ümumən türk xalqlarının ozan-aşıq-baxşı ənənəsində müşahidə olunan ortaq cəhətlərdən biridir. Müxtəlif coğrafiyalarda terminlər, musiqi alətləri və ifa üslubları dəyişsə də, söz sənətinin ustaddan şəyirdə ötürülməsi prinsipi mühüm ortaq mədəni kod kimi qalmaqdadır. Türkmən baxşı yaradıcılığında söz və musiqi ayrılmaz bütövlük təşkil edir. Şifahi poetik mətn melodik ifadə vasitəsilə daha geniş emosional məna qazanır. Baxşının səsi, dutarın müşayiəti və poetik mətn birlikdə bütöv bir ifa modeli yaradır. Baxşı repertuarında qəhrəmanlıq, məhəbbət, ayrılıq, təbiət, həyatın müxtəlif hadisələri və mənəvi-əxlaqi dəyərlərlə bağlı mövzulara rast gəlinir. Xüsusilə dastan yaradıcılığında qəhrəmanın mənəvi portreti, onun cəmiyyət qarşısındakı məsuliyyəti və ədalət anlayışı ön plana çıxır. Bu baxımdan baxşı sənəti xalqın estetik zövqünün formalaşmasında da mühüm rol oynamışdır. Dinləyici yalnız musiqidən zövq almır, eyni zamanda ifa olunan mətn vasitəsilə müəyyən mənəvi və sosial dəyərləri mənimsəyir”,- deyə dosent əlavə edib.

İlhamə Qəsəbova müasir dövrdə texnologiyanın və yeni musiqi janrlarının geniş yayılmasına baxmayaraq, baxşı sənətinin Türkmənistanın mədəni həyatında öz mövqeyini qoruduğunu deyib: “Milli və beynəlxalq festivallar, folklor tədbirləri, konsert proqramları, elmi konfranslar və mədəni layihələr ənənəvi sənətin təbliğinə xidmət edir. Türkmənistanın mədəni irs siyasətində baxşıların, dutar ifaçılarının və digər ənənəvi sənət daşıyıcılarının yaradıcılığının sənədləşdirilməsi və gənc nəslə çatdırılması istiqamətində tədbirlər həyata keçirilir. Türkmən baxşı sənəti Azərbaycan aşıq sənəti, özbək baxşılığı, qazax akın ənənəsi, qırğız manasçılığı və digər türk xalqlarının şifahi musiqi-poetik yaradıcılığı ilə birlikdə böyük bir mədəni sistemin müxtəlif qollarını təşkil edir. Bu sənətlərin hər birinin özünəməxsus repertuarı, musiqi alətləri və ifa texnikası vardır. Bununla yanaşı, onların hamısında sözün, musiqinin, yaddaşın və kollektiv kimliyin qorunması kimi ümumi funksiyalar müşahidə olunur. Türkmən baxşı sənətinin yalnız bir ölkənin milli musiqi irsi olmadığı, daha geniş Türk dünyasının şifahi-mədəni yaddaşında mühüm bir həlqə təşkil etdiyi aydın görünür. Baxşının dutarın müşayiəti ilə söylədiyi söz, dastan qəhrəmanlarının taleyi, xalqın sevinc və kədəri, tarixi yaddaşı və mənəvi dəyərləri əsrlərdən keçərək bu günə gəlib çatıb.

Türkmən baxşı sənəti sözlə musiqinin, fərdi yaradıcılıqla kollektiv yaddaşın, ənənə ilə müasirliyin qovuşduğu canlı sənət hadisəsidir. Onun əsas gücü yalnız keçmişi qorumasında deyil, həmin keçmişi hər yeni ifada yenidən yaşatmaq imkanındadır. Dutarın səsi ilə müşayiət olunan baxşı sözü bu gün də türkmən xalqının mədəni yaddaşının mühüm ifadə vasitələrindən biri olaraq qalır. Türkmən baxşıları bütövlükdə türk xalqlarının ortaq musiqi-poetik irsinin tədqiqi baxımından da mühüm əhəmiyyət daşıyır”.

Müxbir – Fidan Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam