Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
Bakı, 5 oktyabr, AZƏRTAC
Tailandda sentyabrın 16-dan bəri davam edən daşqınlar nəticəsində 31 nəfər həlak olub, təxminən 4,14 milyon insan zərər çəkib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Qarşısının Alınması və Nəticələrinin Azaldılması Departamenti məlumat yayıb. Bildirilib ki, ölkənin 26 əyalətində və paytaxt Banqkokda təxminən 3,52 milyon insan hələ də daşqınların fəsadları ilə üzləşir.
Qeyd olunub ki, bəzi ərazilərdə suyun səviyyəsi sabitləşməyə və azalmağa başlayıb. Eyni zamanda, su anbarlarından suyun təhlükəsiz şəkildə buraxılması üçün tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]
“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]