MEK-də Beynəlxalq Müəllimlər Gününə həsr edilən sərgi
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə sərgi təşkil olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə təhsil, elm və pedaqogika sahələrinə, müəllimlik peşəsinin cəmiyyətdəki roluna, Azərbaycan təhsilinin tarixinə və inkişaf mərhələlərinə həsr olunmuş nəşrlər nümayiş etdirilir.
Onların sırasında “Heydər Əliyev: Təhsil, bilik, məktəb”, “Heydər Əliyev məktəblilərin gözü ilə”, “Azərbaycan Dövlət İqtisad Universiteti Heydər Əliyevin təhsil siyasətinin bariz nümunəsidir”, “Azərbaycan təhsili yeni inkişaf mərhələsində”, “Müəllim nüfuzu – şagird məhəbbəti”, “Azərbaycanın təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz”, “Müəllimlərin peşəkar inkişafı beynəlxalq təcrübədə”, “Müəllimlər və həmkarlar haqqında”, “Elin fədakar müəllimi”, “Müəllim peşəkarlığının artırılması istiqamətləri” və digər nəşrlər yer alıb.