Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
Pekin, 5 oktyabr, AZƏRTAC
Cənubi Koreyanın Qvanqcu şəhərində “ACC X” musiqi festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən və Koreyanın ən böyük mədəniyyət mərkəzi olan Milli Asiya Mədəniyyət Mərkəzi (NACC) tərəfindən təşkil olunan festival bu ölkədə keçirilən ən mötəbər tədbirlərdən biridir. Azərbaycan builki festivala xüsusi qonaq qismində dəvət olunub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadənin bədii rəhbərliyi altında musiqiçilərimizdən Kamran Kərimov (nağara), Fuad Cəfər (gitara), Nicat Aslanov (sintezator) və Həsən Bilalovdan (zərb alətləri) ibarət olan qrupun ifasında konsert proqramı baş tutub. Konsert proqramı festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]
Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir
- 05.10.2026 [16:51]
“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır
- 05.10.2026 [16:46]