Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
Bakı, 5 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda ekocoğrafi şəraitin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Böyük Qafqazın cənub yamacının şərq hissəsi və ona bitişik ərazilərdə ekocoğrafi tədqiqatlar” mövzusu üzrə Şamaxı və İsmayıllı rayonlarına elmi ekspedisiya təşkil olunub. Tədqiqatın əsas məqsədi regionun ekocoğrafi şəraiti öyrənmək, vibrasiya və səs-küy çirklənməsini, hava keyfiyyətinə təsir edən amilləri qiymətləndirmək, həmçinin ekoloji riskləri xəritələndirməkdir.
Ekspedisiya zamanı ərazidə müvafiq müşahidələr aparılıb, geoinformasiya texnologiyaları əsasında hazırlanmış xəritələr çöl şəraitində dəqiqləşdirilib. Çirklənmənin qiymətləndirilməsi məqsədilə müvafiq metodikaya uyğun olaraq torpaq və bitki nümunələri götürülüb.
Hazırda götürülmüş nümunələr müxtəlif parametrlər üzrə analizə hazırlanır. Tədqiqat işləri kameral şəraitdə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
- 05.10.2026 [18:01]