Tovuzda ata oğlunu bıçaqlayıb
Tovuz, 5 oktyabr, AZƏRTAC
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb. Kənd sakini 1997-ci il təvəllüdlü Nicat Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Nicat Məmmədov ailə münaqişəsi zamanı atası Aydın Məmmədovla aralarında mübahisə düşüb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Hadisə zamanı ata Aydın Məmmədovun sərxoş olduğu bildirilir. Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Müxbir -Ruslan Novruzoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]