Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
Ankara, 5 oktyabr, AZƏRTAC
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Selçuk Bayraktaroğlu Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişinə əsasən yaradılmış Strateji Siyasət və Müdafiə Komitəsinin fövqəladə iclasında iştirak ediblər.
AZƏRTAC Türkiyənin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, müzakirələr Ər-Riyadda keçirilib.
Türkiyə nümayəndələri iclas iştirakçılarına regionda gedən proseslərlə bağlı Ankaranın mövqeyini çatdırıb, Yaxın Şərqdə sülhə və sabitliyə təhdidləri qiymətləndiriblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara