Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır
Berlin, 5 oktyabr, AZƏRTAC
Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri Boris Pistorius Aşağı Saksoniya əyalətinin Emden şəhərində yeni dəniz limanının salınması üçün nəzərdə tutulan əraziyə baxış keçirib.
Nazir bildirib ki, Almaniya Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan araşdırmalar Emdenin yeni baza üçün əlverişli imkanlara malik olduğunu göstərib. Müdafiə Nazirliyi, Aşağı Saksoniya əyalət hökuməti və digər aidiyyəti qurumlar layihənin həyata keçirilməsi üzrə razılığa gəliblər.
Emden bazasının yaradılması Bundesverin şəxsi heyət və silahlanma baxımından genişləndirilməsi, həmçinin yeni infrastruktur ehtiyacları ilə əlaqələndirilir. Hazırda Almaniyanın Şimal dənizi sahilində Hərbi Dəniz Qüvvələrinin yalnız Vilhelmshaven limanı fəaliyyət göstərir. Yeni baza bu limanı tamamlayaraq hərbi-dəniz qüvvələrinin imkanlarını artıracaq.
Layihənin gələcəkdə 2 minədək xidmət yerini əhatə etməsi nəzərdə tutulur. Lakin dəqiq vaxt qrafiki, xərclər və Emdenə hansı hərbi-dəniz vasitələrinin yerləşdiriləcəyi əlavə araşdırmalardan sonra müəyyənləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]