UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Fransa milli futbol komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib.
AZƏRTAC xəbər verir ki, Fransada keçirilən görüşdə Belçika millisi 35-ci dəqiqədə Dodi Lukebakionun qolu ilə hesabı açıb. Fransa 77-ci dəqiqədə Desire Duayın qolu ilə bərabərliyi təmin edib. Daha sonra Rayan Çerki (81-ci dəqiqə) və Maykl Olize (88, 90+1) fərqlənərək komandasının qələbəsini rəsmiləşdiriblər.
Qrupun digər oyununda İtaliya yığması Bolonyada Türkiyəni 3:1 hesabı ilə məğlub edib. İtaliyanın qollarını Canluka Skamaka (26), Rikkardo Kalafiori (64) və Françesko Esposito (87), Türkiyənin qolunu isə Aral Şimşir (61) vurub.
Dörd turdan sonra Fransa 10 xalla qrupda liderdir. İtaliya 7 xalla ikinci, Belçika 6 xalla üçüncü, Türkiyə isə xalsız sonuncudur.
UEFA Millətlər Liqasının son qalibi Portuqaliya millisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:17]
“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:31]
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
- 30.10.2026 [15:14]
FIFA U-15 dünya çempionatında daha iki finalın qalibləri bəlli olub
- 30.10.2026 [14:31]
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında yarımfinala yüksəlib
- 30.10.2026 [13:14]