İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur
Bakı, 6 oktyabr, AZƏRTAC
İsrail işğal etdiyi Qolan təpələrində mövqelərini möhkəmləndirmək məqsədilə yeni müdafiə xətti qurur.
AZƏRTAC xəbər verir ki, bu barədə “The National” qəzeti İordaniya təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Sufa-53” adlandırılan xətt Dəməşqin qərbindən İordaniya sərhədinədək uzanacaq. Buraya yol, maneələr, müşahidə məntəqələri və atəş mövqeləri daxil olacaq. İsrail layihəyə 2022-ci ildə başlayıb. Məqsəd “Hizbullah” və digər qrupların əraziyə keçməsinin qarşısını almaqdır.
Dəməşq İsraili sərhəddə tikinti işləri aparmaqla 1974-cü il sazişini pozmaqda ittiham edib. Qətər və İordaniya da oxşar mövqe açıqlayıblar.
Qolan təpələri İsrail və Suriya arasında mübahisəli ərazi olaraq qalır. İsrailin 1981-ci ildə ərazini ilhaq etməsi beynəlxalq ictimaiyyətin böyük hissəsi tərəfindən tanınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.10.2026 [16:38]
Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR
- 30.10.2026 [15:54]
Plovdiv 2028-ci il üçün Avropa İdman Paytaxtı seçilib
- 30.10.2026 [15:34]
Şotlandiya polisi Epşteynin Balmoral qəsrinə səfərini araşdırır
- 30.10.2026 [15:12]
Budapeşt-Praqa yüksəksürətli dəmir yolu layihəsi müzakirə edilib
- 30.10.2026 [15:08]