Azərbaycan Dövlət İnformasiya Agentliyi

Budapeştdə iki gün

Budapeştə biz tam təsadüfən gəldik. Azərbaycandan Almaniyaya getməkdə xidmətlərindən istifadə etdiyimiz “Wizz Air” aviaşirkəti uçuşu Budapeştdən tranzitlə həyata keçirir. Frankfurt-Mayn-Budapeşt və Budapeşt-Bakı reysləri arasında düz bir sutka vaxt var idi və bu, bizim az tanıdığımız Macarıstan paytaxtı ilə tanış olmağımız üçün gözəl fürsət yaratdı. Lakin qaldığımız otelin əməkdaşlarının tövsiyələri, şəhərin turizm xəritələri və jurnalist marağı sayəsində biz reysi gözləmək vaxtını çox maraqlı səyahətə çevirə bildik.

 

Macarsayağı marşrut avtobusu və musiqili otel

Öncədən biləndə ki, gecəni Budapeştdə keçirməli olacaqsan, ilk növbədə gecələmə yeri barədə fikirləşmək lazımdır. Burada da təsadüf bizə bir daha kömək etdi. Bir dəfə Amsterdama səfərə hazırlıq dövründə biz otel seçərkən “Library Hotel” adlı bir mehmanxana ilə rastlaşdıq. Oteldə nömrə sifariş etmək arzusu ilə bu mehmanxana şəbəkəsinin mərkəzi ofisinə zəng etdik, orada bizə bildirdilər ki, onların Amsterdamda oteli yoxdur, özünü “Library” kimi təqdim edən otel isə saxtadır! Beləcə biz öyrəndik ki, otellər də “geydirmə” olur... Eyni zamanda, Amerikanın “Library” otel şəbəkəsinin meneceri bizə məlumat verdi ki, onların Nyu-Yorkda, Praqada və Budapeştdə gözəl otelləri vardır. 

Beləliklə, “Library” otellərindən birinin - “Aria Hotel Budapest”lə tanışlıq həvəsi ilə aeroportdan şəhərin mərkəzinə çatmağa imkan axtarırıq. Müxtəlif ölkələrdə bunun üçün müxtəlif nəqliyyat növlərindən - metrodan, avtobusdan, elektrik qatarından, taksidən istifadə etmək olar. Budapeştdə fəaliyyət göstərən marşrut taksisi sistemi çox maraqlıdır. Bu sistemdən istifadə etmək üçün xüsusi kabinəyə yanaşmaq lazımdır, orada operator sizdən getmək istədiyiniz ünvanı soruşacaq. Bundan sonra xidmət haqqını - adambaşına təxminən 10 avro ödəmək, nömrə almaq və məlumat lövhəsində yazılanları izləmək lazımdır. Tezliklə displeydə sizin nömrəniz, onun yanında isə minməli olacağınız marşrut taksinin nömrəsi əks olunacaq. Bax, belə bir qəliz sxemdir. Taksi 10-15 nəfərlik tutumu olan adi mikroavtobusdur. Biz dayanacağımızı ötürməmək və ümumiyyətlə, düşmək vaxtı ilə bağlı yolboyu həyəcan keçirdik. Marşrutun sürücüsü qətiyyən başa düşmədi ki, biz ondan nə istəyirik. Sonda məlum oldu ki, narahat olmağa dəyməzmiş: taksi hər bir sərnişini bilet alarkən göstərdiyi ünvana dəqiq çatdırır - əla sürprizdir! Budapeştin lap mərkəzində yerləşən bizim otelin ünvanı bu taksinin marşrut şəbəkəsində birinci yerdə idi. Beləliklə, iyirmi dəqiqədən sonra biz mehmanxananın girişində dayanmışdıq.

“Aria Hotel” çox qəşəng beşulduzlu butik otel idi, onun tərtibatı musiqi tematikası ilə həmahəngdir. Foyedə royalda canlı ifa səsləndirilir, dəhlizlərdə dinamiklərdən klassik musiqi yayılır, SPA mərkəzində isə caz musiqisinə üstünlük verirlər. Bizə bəstəkar Stravinski “adına” nömrə düşdü.

Oteldə bizi təəccübləndirən daha bir məsələ nömrələrin texniki təchizatı idi - pəncərələrin qalın və nazik pərdələri də pultla açılıb-bağlanır, işıqlandırma divarlardakı displeylə tənzimlənir, stolun üstündəki “iPad” isə geniş mediatekanı idarə etməyə imkan verirdi.

Bizim üçün ən xoşagələn məsələ isə bu idi ki, həmin mehmanxana Budapeştin mərkəzində yerləşir. Otelin əməkdaşlarından yaxınlıqdakı görməli yerlər barədə məlumat alandan sonra şəhər xəritəsini də götürdük və bir dəqiqə belə vaxt itirmədən şəhərlə tanış olmaq üçün yola düşürük.

 

Zəncirvari körpü, Buda və Peşt

Təxminən bir neçə addım gedərək Müqəddəs Stefan Bazilikasına - katolik kilsəsinə, Macarıstan paytaxtının ən böyük məbədinə yetişirik. Bu, kilsə və Macarıstan parlamentinin binası Budapeştin ən hündür tarixi binalarıdır (bu binaların hərəsinin hündürlüyü 96 metrdir). Maraqlıdır ki, kilsə 54 il ərzində inşa olunub. Tikinti 1851-ci ildə başlanıb, 1868-ci ildə - məbəd praktiki hazır olanda isə binanın günbəzi dağılıb. Bundan sonra yeni günbəz ucaldılıb, lakin tikinti yalnız 1905-ci ildə tam başa çatıb.

Bazilika həmişə adamlarla dolu olan müqəddəs İştvan meydanında yerləşir. Adamlar məbədin pilləkənlərində oturur, burada çox populyar olan velosiped və seqveylərdə yerə döşənmiş daşların üstündə şütüyür, yaxınlıqdakı kafe və restoranlarda vaxtlarını keçirirlər.

Küçə bizi meydandan yolayrıcına gətirdi ki, oradan Dunay çayı üzərində salınmış Budapeşt körpüsünə keçmək mümkündür. Budapeştin iki tarixi hissəsini - Buda və Peşti birləşdirən asma Zəncirvari körpü 1849-cu ildə açılıb və Dunayın üstündə ilk daimi körpü olub. Körpü onun salınmasına böyük vəsait və sərf etmiş macar siyasətçisi qraf İştvan Seçenyanın şərəfinə Seçenya Lantsxid adlanır. Buda və Peştin vahid Budapeşt şəhəri şəklində birləşməsi üçün stimullardan birinə çevrilmiş bu körpü Macarıstanın iqtisadi və ictimai həyatında mühüm rol oynayıb.

Körpüdən və onun ətrafından baxanda çox cəlbedici bir mənzərə açılır. Axşam vaxtı Dunayın sahilləri, buradakı kafe və restoranların parlaq işıqları, çayda turistlərlə dolu teploxodlar xüsusilə qəşəng görünür. Bundan başqa, sahilboyu bir çox görməli yerlər - saraylar və villalar axşam vaxtı yaxşı işıqlandırılır və uzaqdan aydın seçilir. Memarlıqda modern üslubun bariz nümunəsi olan möhtəşəm Qrehem Sarayının yanından keçərək Peşt tərəfdən körpüyə qalxdıq. XX əsrin əvvəlində ofis-yaşayış kompleksi kimi tikilmiş bu binadan hazırda “Four Seasons” şəbəkəsinin lüks oteli kimi istifadə edilir. Elə burada Dunay sahilindəki Ruzvelt meydanında neorenessans üslubunda binada Macarıstan Elmlər Akademiyası yerləşir.

Körpüyə qalxan kimi Yanoş Marşalkonun 1852-ci ildə bura qoyulmuş əsərləri - iki böyük şir heykəli ilə qarşılaşırsan. Körpünün məhəccəri və digər bəzək elementləri çuqundan tökülüb. Hətta inanmaq olmur ki, İkinci Dünya müharibəsi zamanı körpü faşistlər tərəfindən dağıdılıb və 1949-cu ildə - birinci dəfə açılışından düz 100 il sonra bərpa edilib.

Tələsmədən körpünü keçib Adam Klark meydanına düşürük. Buday qalasına qalxan Budapeşt funikulyorunun stansiyası bu meydanda yerləşir. UNESCO-nun Dünya İrsi Siyahısına salınan qalada macar krallarının iqamətgahı yerləşir. Vaxtımız çox olsaydı, hökmən funikulyora da minərdik, qədim qalada da gəzişərdik.

 

Termal bolluğu və şopinq özəllikləri

Bir çox maraqlı cəhətləri ilə bizi gözləyən otelə qayıdırıq. Çoxları eşidib ki, Macarıstanda, məsələn, Balaton və Xeviz göllərində termal suları ilə dünyada tanınan bir neçə kurort var. Lakin bizə bunu da eşitmək sürpriz oldu ki, Budapeştin özü də isti bulaqlarla doludur və bunun sayəsində Avropada kurort şəhəri olan yeganə dövlət paytaxtıdır. Budapeştdə 26 çay hamamı fəaliyyət göstərir, onlardan ən böyükləri və ən məşhurları “Seçenya”, “Gellert”, “Kiray” və “Rudaş”dır. Biz çay hamamına getməyə macal tapmadıq, lakin oteldə yaradılmış yuyunma mədəniyyəti ilə tanış olduq. Qaldığımız “Aria” otelində qəşəng “Harmony” SPA mərkəzi var. Öyrəndik ki, bu mərkəz Avropada butik oteldə ən yaxşı SPA kompleksi kimi mükafata layiq görülüb.

Kompleksin interyeri caz üslubunda, caz-bend üslubunda orijinal fəvvarə ilə tərtib olunub. Şəhərdə fasiləsiz gəzintidən sonra təravətləndirici su ilə dolu hovuza baş vurmağın, ekzotik - infraqırmızı buxarxanada və cakuzidə istirahətin əsl vaxtı idi. Güc toplamaq lazım idi: sabah Budapeşti bir daha gəzişməli, axşam isə aeroporta yola düşməliyik.

Budapeşt təkcə qədim şəhər deyil, həm də iqtisadiyyatın sürətlə inkişaf etdiyi şəhərdir. Bunun nəticəsində Budapeştdə çoxlu sayda müasir binalar - ofis mərkəzləri, idman arenaları və ticarət mərkəzləri cəmləşib. Bu cür komplekslərdən birinə - şəhərdə ən böyük ticarət-əyləncə mərkəzi olan “Arena Plaza”ya baş çəkməyi qərara alırıq.

Mollun üç mərtəbəsində çoxlu sayda butik və mağazalar, 22 zalı olan kinoteatr, restoranlar, kafe, “Tesco” supermarketi və buz meydançası var. Ticarət mərkəzində Bakıda olmayan çoxlu maraqlı brendlər fəaliyyət göstərir. Məsələn, Almaniyanın “Tchibo” markasının maraqlı mağazasında ağzının dadını bilənlər üçün qəhvə (onu burada kafedə də dadmaq olar), habelə geyim əşyaları və digər mallar satılır. Çay həvəskarları isə Avstriyanın “Demmers Teehaus” mağazasını dəyərləndirə bilərlər, bu mağazanın piştaxtalarında istənilən çay növünə rast gəlmək olar. Geyim, ayaqqabı, çanta və aksesuarları “Wrangler”, “Lee”, “Peek”, “Cloppenburg”, “Zara”, “Hervis”, “Electro World”, “Hennes & Mauritz”, “C & A” və digər mağazalardan əldə etmək olar.

Mollda gəzdikdən sonra otelə qayıdırıq və pulsuz “nahar” edirik. Foyedə içərisində müxtəlif növ pendirlər olan boşqablar və içkilər düzülüb. Bu, otelin öz müştərilərinə hər gün etdiyi xoş hədiyyədir.

 

Son söz əvəzi

Yadınızdadırsa, Frankfurtda aeroportu səhv salaraq, az qala reysə gecikəcəydik. O hadisə bizə dərs oldu, ona görə bu dəfə gedəcəyimiz aeroport barədə öncədən məlumat topladıq. Xoşbəxtlikdən, Budapeştdə bircə aeroport - Ferens List adına aeroport var. Budapeştdə bizə istər-istəməz gözəl vaxt keçirməyi hədiyyə edən “Wizz Air” aviaşirkətinin təyyarələri məhz buradan Bakıya uçur.

Macarıstan və onun paytaxtı gəzmək üçün daha çox diqqətə layiqdir: səyahət həvəskarları buraya mütləq baş çəkməlidirlər. Budapeştdə hətta bir gün belə çoxlu maraqlı təəssüratlar vəd edir, lakin əlbəttə, oraya getməyə çox vaxt ayırmaq daha yaxşıdır və o zaman şəhər özünün bütün sirlərini sizə açar!

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: E.İbrahim

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib