Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BÜDCƏ SİSTEMİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 584; 2003-cü il, №6, maddə 267; 2004-cü il, №12, maddə 979; 2005-ci il, №5, maddə 393; 2006-cı il, №2, maddə 67, №3, maddə 225, №12, maddə 1012) 2-ci maddəsinə aşağıdakı əlavələr edilsin:

1. Maddənin mətnində “Büdcə sistemi” sözlərindən əvvəl “2.1.” rəqəmi əlavə edilsin.

2. Aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:

“2.2. Bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, hər ilin dövlət büdcəsi, onun icrası və ona dəyişikliklərin edilməsi, dövlət borcu haqqında qanunlar istisna olmaqla, Azərbaycan Respublikasının digər qanunlarına dövlət büdcəsi hesabına maliyyə təminatı ilə bağlı müddəaların daxil edilməsinə yol verilmir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin