ELM VƏ TƏHSİL
Buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə ana dili və riyaziyyat fənlərindən test tapşırığı nümunələri TQDK-nın internet saytında yerləşdirilmişdir
Bakı, 2 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-cü ilin iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirəcəkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahanlara hazırlaşan şagirdlərə kömək məqsədilə ana dili və riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.
Test tapşırığı nümunələri və yazı işlərin mövzuları ilə tanış olmaq üçün http://www.tqdk.gov.az/exam/school-leaving-exam/ keçidinə daxil olmaq lazımdır.