B.Y.PATONUN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası ilə Ukrayna arasında elmi əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Boris Yevgeniyeviç Paton “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2008-ci il.