İQTİSADİYYAT
Cari ilin ilk 4 ayı ərzində bir sıra müxtəlif təyinatlı obyektlər istifadəyə verilmişdir
Bakı, 19 may (AZƏRTAC). Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 7,0 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuş və ilin əvvəlindən ötən dörd ay ərzində
həmin vəsaitin 1,8 milyard manatından istifadə edilmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tikinti kömpleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri də istismara verilmişdir.
Belə ki, dörd ay ərzində ümumi sahəsi 509,0 min kvadaratmetr yasayıs sahəsi, 2 min 458 sagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik
ambulatoriya-poliklinika müəssisəsi, 317 yerlik məktəbəqədər təhsil müəssisəsi, 584 yerlik klub, Bakıda “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi, Qəbələ rayonunda mədəniyyət mərkəzi, Atıcılıq Klubunun birinci mərhələsi, heyvandarlıq-südçülük kompleksi, “Aspi Winery” üzüm emalı zavodu, Hacıqabul rayonunda seramik plitələr zavodu və digər obyektlər istifadəyə verilmisdir.