İQTİSADİYYAT
Cari ilin yanvar-fevral aylarında tikinti materialları sənayesi tərəfindən 46,5 milyon manatlıq məhsul istehsal edilmişdir
Bakı, 21 mart (AZƏRTAC). Cari ilin yanvar-fevral aylarında tikinti materialları sənayesi tərəfindən istehsal edilmiş məhsulların həcmi 55,2 faiz artaraq 46,5 milyon manat təşkil etmişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, hesabat dövründə sement istehsalı 45,1 faiz artaraq 266,9 min ton, tikinti gipsi istehsalı 2,8 dəfə artaraq 36,1 min ton, hörmə üçün hazır beton qarışığı istehsalı 29,5 fazi artaraq 188,6 minton, asfalt istehsalı 7,2 faiz artaraq 46,3 min ton olmuşdur.
Martın 1-nə müəssisələrin anbarlarında 15 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 4,8 faizi qədər hazır məhsul ehtiyatı olmuşdur.