İQTİSADİYYAT
Cari ilin yeddi ayında Tovuzda 285 nəfər işlə təmin olunmuşdur
Tovuz, 27 avqust (AZƏRTAC). Tovuzda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon məşğulluq mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-iyul ayları ərzində bütün idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumat toplanmışdır.
Məşğulluq mərkəzinə müraciət edən 793 nəfər iş axtaran vətəndaşdan 285-i işlə təmin olunmuşdur ki, onların da 125 nəfəri qadındır.
Bundan başqa, yeddi ayda 16 nəfərə işsizlik statusu verilmiş, 17 nəfərə müavinət ödənilmiş, 10 nəfər isə peşə yönümlü kurslara cəlb olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [13:01]
“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib
- 06.05.2024 [12:54]
Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib
- 06.05.2024 [11:35]
Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb
- 06.05.2024 [11:22]
® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb
- 06.05.2024 [11:06]
Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb
- 06.05.2024 [10:07]