Cəbhədə noyabrın 1-nə olan son vəziyyət
Bakı, 1 noyabr, AZƏRTAC
Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətidən AZƏRTAC-a bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [10:58]
Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
- 15.09.2026 [13:57]
Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir VİDEO
- 14.09.2026 [13:01]
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi olub VİDEO
- 13.09.2026 [13:17]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 09.09.2026 [19:04]