SİYASƏT
CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 5-də saat 21.25-dən 21.38-dək Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Voskevan kəndi, İcevan rayonunun Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 12.05-dən 12.20-dək Tərtər rayonunun Göyarx, saat 20.15-dən 20.25-dək Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.35-dən 21.45-dək, 23.35-dən 23.40-dək və noyabrın 6-da saat 2.15-dən 2.25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.