SİYASƏT
CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS REJİMİ POZULMUŞDUR
Bakı, 17 noyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 16-da saat 7.10-dan 7.15-dək Berd rayonunun Mosesqerx kəndindəki mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 10.40-dan 11.00-dək Ağdam rayonunun Mərzili, saat 14.35-dən 14.40-dək Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri, saat 9.00-dan 9.15-dək, 21.10-dan 21.25-dək və noyabrın 17-də saat 00.30-dan 00.40-dək Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.