Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.

Konfrans çərçivəsində Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazasının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Deyib ki, konfransda Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçıları iştirak edir. Qeyd edib ki, konfransda həm də böyük ədəbin nəslinin davamçıları - nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edirlər. Mənə elə gəlir ki, onların ulu babalarının vətəninə gəlməsi xalqımızın həyatında böyük hadisədir. Mən inanıram ki, onlar bundan sonra tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığına daha yaxından şahid olacaqlar”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmmədquluzadənin yaratdığı “Molla Nəsrəddin” satirik jurnalının cəmiyyətin maariflənməsində böyük rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, bu jurnalla Cəlil Məmmədquluzadə eyniadlı məktəbin əsasını qoyub. O, publisistik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatını özünün şedevr əsərləri ilə zənginləşdirib. Onun dram əsərləri həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirməkdə əvəzolunmaz mənbələrdir.

Nazir müavini C.Məmmədquluzadənin xatirəsini əbədiləşdirmək məqsədilə həm sovet dövründə, həm də müstəqillik illərində bir çox addımlar atıldığını vurğulayıb. Bildirib ki, Cəlil Məmmədquluzadənin 100 illik yubileyi dünya miqyasında qeyd olunub: “Onun adına küçə, muzey, teatr, təhsil müəssisəsi var. Bu il Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət işçiləri ilə görüşündə də yazıçı Anar Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulmasını təklif edib. Hazırda bu istiqamətdə işlər görülür. Hesab edirəm ki, bu konfrans da Cəlil Məmmədquluzadə irsinin öyrənilməsinə böyük töhfə verəcək”.

Vaqif Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkə daxilində və onun hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayıb. Söyləyib ki, Mədəniyyət Nazirliyi dövlət başçısının müvafiq Sərəncamı əsasında ədibin xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirib.

Sonra C.Məmmədquluzadənin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək bəzən Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir və başqaları haqqında naqis fikirlər səsləndirildiyini söyləyib: “Guya bu adamlar Azərbaycan xalqını tənqid ediblər. Onlar bu xalqı ona görə tənqid ediblər ki, xalqımız cəhalətdən qurtulsun, onu əsarətdə saxlayan buxovları qırsın, dünyanın digər xalqları ilə bərabər ola bilsin. O baxımdan biz Mirzə Cəlilin də nə qədər əhəmiyyətli olduğunu görürük”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə Mirzə Cəlilin uzaqgörən yazıçı kimi xalqımızı bu gün yaşadığımız şəkildə görmək istədiyini qeyd edib. O, bu yolda tənqid, təhqir olunsa da öz əqidəsindən dönməyib. Onun 1917-ci ildə çap etdirdiyi məşhur "Azərbaycan" məqaləsi üstündən 100 il keçməsinə baxmayaraq bu gün də bizim azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. O, sözün əsl mənasında Azərbaycanın milli istiqlalına şərəflə xidmət edib”.

Qeyd edilib ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı XX əsrin əvvəllərinin bütün ədəbi mühitinə təsir göstərən əsərlərində, hekayə, povestlərində, pyes, felyeton, məqalə və məktublarında həmin dövr Azərbaycan həyatının bütün aktual siyasi-ictimai problemlərini əhatə edib. Diqqətə çatdırılıb ki, 1994-cü ildə ustad ədibin 125 illik yubileyinin keçirilməsinə, əsərlərinin yenidən nəşr və tədqiqinə ümummilli lider Heydər Əliyevin böyük diqqəti və qayğısı ayrıca xatırladılmalıdır. Ulu öndər Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda, ümumbəşəri dəyərləri əks etdirən fikirlərin milli ideologiyamızın əsası olduğunu deyirdi.

Tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında təşkil olduğunu deyən akademik konfransın işinə uğurlar arzulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək görkəmli ədibin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açıb, yaradıcılığının elmi-fəlsəfi əhəmiyyətindən bəhs edib. O deyib ki, bu il ölkəmizdə türk dünyasının görkəmli şəxsiyyətlərinin yubileylərinə həsr edilmiş çoxsaylı tədbirlər keçirilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu istiqamətdə həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər təşkil olunub. “Toplaşdığımız bugünkü konfrans da bu qəbildəndir. Cəlil Məmmədquluzadənin əsərləri, yaradıcılığı haqqında hər şeydən öncə bir oxucu kimi danışaraq onun istedadını xüsusi qeyd eləmək istəyirəm. Düşünürəm ki, onun adını çəkəndə hər birimizin üzündə təbəssüm yaranır. Bu təbəssüm onun felyetonlarını xatırladır. Mənim aləmimdə ədibin “Ölülər” əsəri dünya miqyaslı əsərdir. Onun bütün əsərləri insanları cəhalətdən, nadanlıqdan xilas olmağa səsləyir”.

Sonra TÜRKSOY tərəfindən C.Məmmədquluzadənin nəslinin davamçılarına hədiyyələr təqdim olunub, qonaqlar “Cəlil Məmmədquluzadə. Biblioqrafiya” kitabı və “Cəlil Məmmədquluzadə - 150” elektron məlumat bazası ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb