Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cəlilabad Peşə Təhsili Mərkəzinin emalatxanası əsaslı təmirdən sonra istifadəyə verilib

Cəlilabad, 5 noyabr, Bağır Əliyev, AZƏRTAC

Avropa İttifaqı (Aİ), BMT İnkişaf Proqramı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində noyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində əsaslı təmir olunmuş Peşə Təhsili Mərkəzinin emalatxanasının açılışı olub. Tədbirdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti, Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Pərviz Yusifov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşə təhsili emalatxanası Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihə çərçivəsində yenidən qurulub.

Əsaslı təmir edilən emalatxananın istifadəyə verilməsində məqsəd Lənkəran İqtisadi Zonasında Regional Peşə Təhsili və Təlimi (PTT) Mərkəzinin təsis edilməsinə dəstək göstərməkdir.

2018-ci ilin yazından həyata keçirilən layihə çərçivəsində Lənkəran iqtisadi rayonunda müasir regional PTT Mərkəzinə çevrilən Cəlilabad Peşə Liseyinin infrastrukturu, texniki bazası, təlim və fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə dəyişib.

Cəlilabad PTT Mərkəzinin təhsil proqramında kənd təsərrüfatı və istehsal sektorundakı peşələrə önəm verilir.

1943-cü ildə təsis olunan hazırkı PTT Mərkəzinin özülünü təşkil edən Cəlilabad Peşə Liseyi Azərbaycanda ən qocaman və ilk peşə təhsili məktəblərindən biridir.

Region bol məhsul verən kənd təsərrüfatına görə tanındığı və MDB məkanında buğda, üzüm, tərəvəz və meyvə yetişdirən aparıcı rayon olduğu halda, Cəlilabadda və bütövlükdə Azərbaycanın cənub regionunda tikinti və mebel sənayesinə də böyük həcmdə yatırımlar edilir.

Yerli imkanları bu sahələrdə əmək bazarının tələblərinə uyğunlaşdırmaq və təhsillə məşğulluq arasında körpü yaratmaq məqsədilə BMT İnkişaf Proqramı mövcud vəziyyət və bazarla bağlı təhlillər aparıb. Nəticələr işsizliyin və hazırda əmək bazarında tələb olunan iş vərdişlərinə malik insanların çatışmazlığı hallarının aradan qaldırılmasında bir sıra yeni təhsil sahələrinin və mahiyyət etibarilə yeni tədris modullarının və tədris planlarının təsis edilməli olduğunu üzə çıxarıb.

Bu gün Cəlilabaddakı Regional PTT Mərkəzində müxtəlif proqramlar üzrə təhsil alan 480-ə yaxın tələbə peşə bacarıqlarını artırır.

Qeyd edək ki, 2018-ci ildən 280-dən çox tələbə məhz Avropa İttifaqının maliyyə dəstəyi hesabına PTT Mərkəzində tətbiq olunan altı yeni ixtisas üzrə praktiki iş vərdişlərinə yiyələnir. Bu sıraya kənd təsərrüfatı sahəsində önəm verilən sahə-fermerlik, məhsul yetişdirmə, şərabçılıq, habelə mebel istehsalı üzrə əlavə üç ixtisas-dülgərlik, mebel ustası və üzükçü-dizayner peşəsi aiddir.

Yeni təhsil sahələri, eyni zamanda, Azərbaycanın cənub rayonlarında gender maneələrinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb.

Cəlilabadda ilk dəfə olaraq, əksəriyyəti dizaynerlik və 2 qadın kənd təsərrüfatı ixtisaslarını seçməklə Cəlilabad Peşə Təhsil və Təlim Mərkəzində peşə təhsili proqramları üzrə təhsil almaq üçün 21 gənc qadın qeydə alınıb.

Ümumilikdə, Lənkəran iqtisadi rayonunda və Gəncədə həyata keçirilən layihələr sayəsində Cəlilabaddakı Peşə Təhsili və Təlimi Mərkəzində və Gəncədə Peşə Təhsili və Təlimi üzrə Kompetensiya Mərkəzində 54 yeni tədris modulunun tətbiqinə nail olunub.

Cəlilabadda birgə səylər nəticəsində kənd təsərrüfatı və mebel avadanlıqlarının istehsalı sahələrində altı yeni tədris planı və 27 tədris modulu hazırlanıb.

2018 və 2019-cu illər ərzində müəllimlər və kurs təlimatçıları üçün təşkil olunan 22-dən çox təlim proqramı müəllim heyətinin bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi ilə nəticələnib.

Azərbaycanda peşə təhsili sisteminin daha da gücləndirilməsini məqsəd kimi qarşıya qoyan bu layihə dövlət-özəl sektor tərəfdaşlığının və yerli müəssisələrlə əməkdaşlığın vacibliyini önə çəkir. Bu öhdəliyə uyğun olaraq, təhsili başa vurmuş tələbələrin sonrakı məşğulluq imkanlarına dəstək göstərmək məqsədilə layihə çərçivəsində bir sıra özəl şirkətlərlə, o cümlədən “Günəşli aqro park”, “Cəlilabad şərab zavodu-2,” “Woodpecker” və “Embawood” şirkətləri ilə anlaşma memorandumu imzalanacaq.

Azərbaycanın peşə təhsili sisteminin gücləndirilməsi və müasirləşdirilməsi məqsədini daşıyan bu müştərək proqram Gəncədə və Cəlilabadda Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilir.

Lənkəran iqtisadi rayonunda regional PTT Mərkəzinin təsis olunmasına, BMT İnkişaf Proqramının da qismən maliyyələşdirməsi daxil olmaqla, Avropa İttifaqı tərəfindən 1 milyon 444 min 444 avro məbləğində maliyyə vəsaiti ayrılıb.

Tədbir iştirakçıları əsaslı təmirdən sonra istifadəyə verilən peşə təhsili emalatxanasında yaradılan şəraitlə və Peşə Təhsili Mərkəzinin təcrübə sahəsində tələbələrin yetişdirdikləri kənd təsərrüfatı məhsulları ilə tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”nda Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib