Cəlilabadda meşə sahəsində baş vermiş yanğın söndürülüb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-da Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasının səyi nəticəsində bu gün saat 14 radələrində söndürülüb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində 1,5 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.
Hazırda yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.
İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb avtomobildən atılan siqaret kötüyü olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]