SİYASƏT
CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ SAXLANILANLARIN 99 FAİZİ PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçki hüququ olan məhkum və təqsirləndirilən şəxslərin 99 faizi prezident seçkilərində iştirak etmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seçki öncəsi cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkumlarla geniş maarifləndirmə işi aparılmış, onlara seçki qanunvericiliyinin tələbləri izah olunmuşdur. Mərkəzi Seçki Komissiyasının qərarı ilə Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində ümumilikdə 24 seçki məntəqəsi təşkil edilmişdir.
Bu müəssisələrdə seçkiləri ATƏT, Avropa Şurası, Ombudsman Aparatının, bir sıra digər yerli və beynəlxalq təşkilatların nümayəndələri izləmişlər. Müşahidəçilər seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirmişlər.